TQDK yeniliklər edəcək

TQDK yeniliklər edəcək

29 İyul 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, gələn ildən ali məktəblərə qəbul imtahanı verən abituriyentlərin hamısı hələ cavabları hesablanmamış, imtahandan çıxıb evə gədəndən sonra internetdə cavab kartlarına baxa biləcəklər. Bununla da abituriyent imtahanda nə yazdığını bilmiş olacaq. Onun sözlərinə görə, komissiya bununla bağlı "Elektron-Azərbaycan" layihəsinə müraciət edib: "Bizdə avadanlıqların bir qismi var, amma 100 min kartı belə işlətmək üçün 4 kamera və digər avadanlıqlar lazımdır. Ümidvarıq ki, bir il ərzində büdcədən pul ayrılacaq və biz bu avadanlıqları ala biləcəyik".

M. Abbaszadə onu da bildirib ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı açıq apelyasiya prosesi başa çatıb. Bu il ilk dəfə olaraq, abituriyentlər cavab kartlarına baxa biliblər: "İmtahanda 100 min nəfər iştirak etmişdi. Qəbul imtahanlarının nəticələri ilə əlaqədar açıq apelyasiyada iştirak etmək üçün bizə 127 abituriyent müraciət etmişdi. Onlardan 90 nəfəri öz kartına baxıb. Nəticədə bizə apelyasiyaya cəmi 41 nəfər gəlib. Həmin abituriyentlərdən isə cəmi 20-si öz kartına baxıb gəlib, lakin qalan 21-i isə heç öz kartına baxmadan gəlmişdi və burada hay-küy qoparırdı".

Bütün yeniliklər şəffaflığa doğru.

Tofiq Əliyev

O.M.