Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 29 nəfər ölüb
Pakistanın Peşavar şəhərindəki DİN pasport-viza xidmətinin binasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 29-a çatıb.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə "Geo Tv" telekanalı məlumat yayıb. Məlumata görə, xəstəxanalara gətirilən yaralıların sayı 40-dan çoxdur.
Tibb işçiləri ölü sayının artacağını istisna etmirlər. Terror aktına görə məsuliyyəti "Taliban"la bağlılığı olan "Camaat ul Əhrar" qruplaşması öz üzərinə götürüb.
Mediainfo.az
Digər xəbərlər










































.jpg)
.jpg)
.jpg)















































.jpg)
