12 yaşlı zəncini öldürən polislər azadlığa buraxıldılar

12 yaşlı zəncini öldürən polislər azadlığa buraxıldılar

29 Dekabr 2015 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ohayo ştatında andlılar məhkəməsi 2014-cü ilin noyabrında 12 yaşlı qara dərilini öldürməkdə ittiham edilən iki polis zabitinə bəraət verib. Bu barədə "Reuters" xəbər verir.

Dairə prokuroru Timati Makqinti bəyan edib ki, Klivlenddə Tamir Raysın öldürülməsi, onun sözləri ilə desək, "insan səhvlərinin fırtınası" kimi qiymətləndirib. O, həmçinin polisin hərəkətlərində cinayət əlamətinin olmadığını qeyd edib.

Tamir Rays uşaq meydançasında oyuncaq tapança ilə oynadığı vaxt polislər tərəfindən güllələnib.

Qeyd edək ki, daha əvvəl iki müstəqil ekspert də yeniyetməyə atəş açan polislərin günahsızlığı qənaətinə gəlib.

Rays ailəsi bəyan edib ki, andlılar məhkəməsinin çıxardığı qərardan narazıdırlar. Öldürülən şəxsin qohumlarının sözlərinə görə, yayılan videolarda polislərin hadisə yerinə gələn kimi dərhal atəş açması aydın görünür.

Qeyd edək ki, Tamir Rays ölümü Klivlenddə kütləvi etirazlara səbəb olmuşdu.

Mediainfo.az