Son dəqiqə: Rauf Mirqədirova 6 il “oxundu”
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Ayna Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi başa çatıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət
Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.
Mediainfo.az
Digər xəbərlər









































.jpg)
.jpg)
.jpg)
















































