Bin Ladenin mühafizəçisi öldü
"Əl Qaidə" terror təşkilatının keçmiş lideri Usama bin Ladenin mühafizəçisi Nasir əl Bəhri uzun sürən xəstəlikdən sonra Yəməndə dünyasını dəyişib.
BBC-nin yaydığı məlumata görə, Yəmən vətəndaşı olan Nasir əl Bəhri Mukalla şəhərindəki xəstəxanada vəfat edib. Təqribən 40 yaşlarında olan Nasir əl Bəhri Usama bin Ladenin Əfqanıstanda sürücüsü və mühafizəçisi işləyib.
Quantanamo həbsxanasında cəza çəkən mühafizəçi 2008-ci ildə Yəmənə qayıdıb.
Xatırladaq ki, 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı Usama bin laden Pakistanın Abbottabad şəhərində gizləndiyi evdə öldürülüb. (publika)
Mediainfo.az
Digər xəbərlər










































































.jpg)
.jpg)
.jpg)

















