Penitensiar Xidmətin 10-dan çox əməkdaşı xidmətdən xaric olunub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 40-a yaxın əməkdaşı işində yol verdiyi nöqsanlarla əlaqədar daha aşağı vəzifəyə keçirilib, 10-dan artıq əməkdaş isə xidmətdən xaric olunub. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisi Mədət Quliyev bildirib. M. Quliyev bu statistikanın onun PX-yə rəis təyin olunmasından sonrakı müddətə aid olduğunu deyib. M. Quliyev Cəzaçəkmə Müəssisələrində məhkumların saxlanma şəraitində bəzi nöqsanların olduğunu da qeyd edib: "Biz çalışırıq ki, məhkumların saxlanma şəraitində dönüş yaradaq"
Artıq tamah hər yerdə baş yarır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər