Çayxanada qətl

Çayxanada qətl

29 İyul 2011 11:02
734
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Balakən rayonunun Qullar kəndindəki çayxanada qətl hadisəsi baş verib. 1984-cü il təvəllüdlü kənd sakini Nastakalov Namiq Teyyub oğlu qanunsuz olaraq özündə saxladığı qoşalülə ov tüfəngi ilə kənddəki çayxanaya gələrək orada olan həmkəndlisi, 1969-cu il təvəllüdlü İsmayılov Nizrov Siracəddin oğluna iki dəfə atəş açıb. Kürək nahiyəsindən güllə yarası alan Nizrov İsmayılov hadisə yerində dünyasını dəyişib. Onunla eyni stolun ətrafında oturan Qullar kənd sakini, 1963-cü il təvəllüdlü Telliyev Nurullah Mahma oğlu isə sol ayağının diz nahiyəsindən yaralanaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində N. Nastakalov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəddən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluqdan qətli törədən şəxsin əsəb xəstəliyindən əziyyət çəkdiyi, Şəki şəhərindəki Əsəb Xəstəlikləri Dispanserində müalicə olunduğu bildirilib.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər.

Tofiq Əliyev

O.M.