Maştağa sakinini öldürən sürücü hadisə yerindən qaçdı

Maştağa sakinini öldürən sürücü hadisə yerindən qaçdı

25 Dekabr 2015 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Maarif İsayev vurulub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az