Liviya üsyançılarının lideri öldürülüb

Liviya üsyançılarının lideri öldürülüb

29 İyul 2011 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın Milli keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlilin yaydığı məlumata görə, üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb. O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılmışdır. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfindən qətlə yetiriliblər. Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib.

Lakin o hadisənin təfərrüatını açıqlamayıb. Yunisin Benqazidəki evi hal-hazırda əsgərlər tərəfindən mühasirəyə alıb.

Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.

Balıq başdan iylənər, deyiblər. Görəsən, üsyançılar əvvəlki kimi mübarizə apara biləcəklər?!

Tofiq Əliyev

O.M.