300 saylı orta məktəbdə valideynlərdən pul yığılır
Biləcəri qəsəbəsi, Vüqar Əvəzov adına 300 saylı orta məktəbdən şikayət var.
Bir qrup valideynin verdiyi məlumata görə, orta məktəbdə özbaşınalıq dözülməz həddədir.
Belə ki, məktəbdə valideynlərdən tez-tez pul tələb edirlər. Bu dəfə isə pulu məktəbi təmir etmək adı ilə yığmağa başlayıb.
"Tez-tez pul toplanır. Müxtəlif tədbirlər adıyla uşaqlara deyirlər ki, pul gətirin. İndi də məktəbdə təmir işləri adı altında hər şagirdən 15 manat pul gətirməyi tələb edirlər", - deyə valideynlər bildirib.
Şikayətlə bağlı məktəbin direktoru İradə Xəlilova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. (arqument)
Medainfo.az
Digər xəbərlər





























































































