Qəbul imtahanlarında ən yüksək bal toplayanların adları açıqlandı

Qəbul imtahanlarında ən yüksək bal toplayanların adları açıqlandı

28 İyul 2011 16:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayan 4 abituriyentin hamısı Bakı məktəblərinin məzunudur. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, bu aituriyentlər I ixtisas qrupuna sənəd veriblər və onların hər biri bu ilin məzunlarıdır. Qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlər Bakı şəhər Xətai rayonu 263 saylı orta məktəbin məzunu Cahandar Camalov, Xətai rayonu 287 saylı "Zəkalar" liseyinin məzunu Əli Əliyev, Binəqədi rayonu 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva və Sabunçu rayonu 169 saylı orta məktəbin məzunu Ləman Məmmədovadır. BŞTİ-nin rəisi Nailə Rzaquliyeva bu abituriyentlərlə görüşüb və onları mükafatlandırıb. Əliqızı bildirib ki, həmin abituriyentlər BŞTİ-nin sentyabr konfransına dəvət ediləcəklər. Onlar idarə tərəfindən yenidən mükafatlandırılacaqlar. BŞTİ-nin 5 illik fəaliyyəti dövründə paytaxtın 10 məzunu 700 bal toplayıb. BŞTİ-nin 5 illik fəaliyyəti bu gün tamam olur. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında" ölkə prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına əsasən Bakı şəhərinin təhsil şöbələri ləğv edilib.

Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti 28 iyul 2006-ci il tarixində Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması barədə qərar qəbul edib. Hazırda idarədə 13 sektor fəaliyyət göstərir. BŞTİ-nin tebeçiliyində 325 ümumtəhsil məktəbi, 309 məktəbəqədər müəssisə, 48 məktəbdənkənar müəssisə var.

Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı mümkünsüzlükdür. Qorxaq insan üçün naməlumluq. Düşüncəli insan üçünsə ideal...

Günel Həbib