Məhkum özünü asıb

Məhkum özünü asıb

23 Dekabr 2015 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. "Report"un xəbərinə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş Manaf Paşayev adlı şəxs özünü asıb.

Bu, M.Paşayevin doqquzuncu məhkumluğudur. Sonuncu dəfə onun barəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Musavat.com-dan: Manaf Paşayev noyabrın 3-də "Binə" ticarət mərkəzində Bakı şəhər sakini Ramil Cəfərova məxsus mağazadan geyim əşyalarını oğurladığına görə DİN ÇPA-nın və Xəzər RMŞ-nin əməkdaşları tərəfindən tutularaq, Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdi.

Mediainfo.az