Nikahdan kənar doğulan uşaqların sayı son 10 ildə 4 dəfə artıb
Son 10 il ərzində Azərbaycanda rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı təxminən 4 dəfə artıb. Dövlət Statistika Komitəsindən "APA"ya verilən məlumata görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb. Son 10 il ərzində nikahdan kənar dünyaya gələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınmışdır. Belə ki, həmin il bu göstərici 26 669 nəfər təşkil edib. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 165 643 nəfər uşaq dünyaya gəlib. Son 10 il ərzində doğulan körpələrin sayı 42% artıb. Bir yaşınadək uşaqların ölüm hallarına gəldikdə isə, son 10 il ərzində ölən körpələrin sayı cəmi 2,8% azalaraq 1 843 nəfər təşkil edib. Uşaqların ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövrdə meydana çıxan hallar, bəzi infeksion və parazitar xəstəliklər, inkişaf qüsurları, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri olub.
Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyi qanunu yolla qurmaq lazımdır.
Tofiq Əliyev
O.M.