Əfqanıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Əfqanıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib

22 Dekabr 2015 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Şəhidlər xiyabanını ziyarət edib.

Apanın məlumatına görə, burada Əfqanıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Əfqanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Mediainfo.az