Ermənilərin açdığı atəş nəticəsində mülki vətəndaş ağır yaralanıb

Ermənilərin açdığı atəş nəticəsində mülki vətəndaş ağır yaralanıb

28 İyul 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində atəşkəsi pozması nəticəsində 24 yaşlı Qazax rayon sakini yaralanıb. Ermənilərin snayper tüfəngdən açdığı atəş Qazax rayonunun Məzəm kəndində yaşayan Bağanis-Ayrım kənd sakini, 1987-ci il təvəllüdlü Poladova Rahibə Firudin qızına dəyib. Yaralı saat 16:30 radələrində Qazax Mərkəzi Rayon Xəstəxanasına gətirilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər. (Olqa Smurova)

Tofiq Əliyev

O.M.