Erməni ailəsini qətlə yetirən rus əsgəri: “Bəli, şeytanla müqaviləm olub…”

Erməni ailəsini qətlə yetirən rus əsgəri: “Bəli, şeytanla müqaviləm olub…”

22 Dekabr 2015 01:16
Bəyəndim (0) Bəyənmədim (0)

Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının qatil əsgəri, bu ilin yanvarında ikisi körpə olmaqla, 6 nəfərlik Avatisyanlar ailəsini qətlə yetirən Valeri Permyakov "Odnoklassniki" sosial şəbəkəsində şeytanla müqavilə bağlaması haqda statusundan imtina etmədiyini söyləyib.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə zərərçəkmiş tərəfin vəkili Lusine Saakyan bildirib. Onun sözlərinə görə, iş materiallarındakı protokolların birində Permyakovun sosial şəbəkədəki yazışmaları əksini tapıb. Onlardan biri şeytanla müqavilə və Permyakovun şeytana bir neçə kişi və qadını qurban edəcəyi ilə bağlı vəd barədədir.

Permyakov bunu təkzib etməyib, lakin qeydi "elə-belə etdiyini" söyləyib.

Mediainfo.az