Dağıstan prezidentinin mətbuat katibi güllələndi
Dağıstan respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsinin yaydığı məlumata görə,
prezidentin Analitik İnformasiya İdarəsi və mətbuat xidmətinin rəhbəri Harun Qurbanov və onun sürücüsü Mahaçqalada sui-qəsd nəticəsində qətlə yetirilib. "İnsident Moskva vaxtı ilə təqribən 08:15 radələrində Montaşeva küçəsində baş verib. Naməlum şəxslər Qurbanova məxsus "Toyota Camry" avtomobilini atəşə tutublar", - deyə bildirilib.
Mahaçqala Daxili İşlər İdarəsindən verilən məlumata görə, cinayətkarlar Qurbanovu evdən çıxıb maşınına doğru hərəkət edərkən atəşə tutublar. "Hazırda hadisə yerində operativ-istintaq qrupu işləyir, insidentin təfərrüatları araşdırılır", - deyə mənbə əlavə edib. Rusiya Prokurorluğunun İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsindən də Qurbanov və onun sürücüsünün sui-qəsd nəticəsində qətlə yetirilməsi faktı təsdiqlənib.
Harun Qurbanov sui-qəsdin qurbanı oldu.
Tofiq Əliyev
O.M.