Əfv Komissiyası iclaslarını davam etdirir

Əfv Komissiyası iclaslarını davam etdirir

21 Dekabr 2015 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etdirilir.

Bu barədə apa-ya komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib.

Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq .

Mediainfo.az