9-cu mərtəbədən liftin şaxtasına düşən qız sağ qalıb
Bakıda 9-cu mərtəbədən şaxtaya yıxılan qız sağ qalıb.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasında qeydə alınıb. 1998-ci il təvəllüdlü Esmira İlqar qızı Əhmədova 9-cu mərtəbədən şaxtaya düşüb.
Nəticədə o, aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər





























































































