Fransız əsgərləri Əfqanıstanda 3 dinc sakini qətlə yetiriblər

Fransız əsgərləri Əfqanıstanda 3 dinc sakini qətlə yetiriblər

28 İyul 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstandakı NATO qüvvələrinin tərkibindəki fransız əsgərlər səhvən dinc ailənin 3 üzvünü öldürüblər. Hərbçilərin izahatına görə, həlak olan kişi, qadın və uşaq dayanmadan nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd ediblər. Fransanın Əfqanıstandakı səfiri baş verənlərə görə üzr istəyib. Lakin Əfqanıstan prezidenti Həmid Kərzayi üzrxahlıqlarla ölənlərin geri qayıtmayacağını bildirib və NATO-nu dinc sakinləri qorumağa çağırıb.

Dünya siyasəti şahmata bənzəyir. Bu siyasətdə isə ən çox piyadalar əziyyət çəkir.

Tofiq Əliyev

O.M.