Vaqif Bəhmənli işdən çıxdığını təsdiqlədi

Vaqif Bəhmənli işdən çıxdığını təsdiqlədi

17 Dekabr 2015 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin işdən çıxardığı Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli məsələyə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, şair işdən ayrıldığını təsdiqləyib.

"Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən rəhbərliyə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.

Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, V.Bəhmənli bir neçə saat əvvəl açıqlama verərək hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə mətbuata açıqlama verərək, Vaqif Bəhmənlinin hazırda məzuniyyətdə olduğunu, onun işi ilə bağlı heç bir dəyişiklik olmadığını demişdi.

Mediainfo.az