"Apple" kirayə üçün hər il 800 min dollar ödəyəcək

"Apple" kirayə üçün hər il 800 min dollar ödəyəcək

28 İyul 2011 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Apple" Nyu-Yorkda "Grand Central Terminal"da ən böyük mağazasını açmağa hazırlaşır. Əgər bu gün Nyu-York tərəfindən bu layihə təsdiqlənərsə, o zaman şirkət ildə mağaza üçün 800 min dollar ödəyəcək. İlk 10 ildən sonra ödənəcək miqdar 1.1 milyon dollar olacaq. Razılıq alındıqdan sonra şirkət inşaata başlayacaq. 4 aydan sonra isə bitəcək. Mağazanın hazırkı kirayənişini Charlie Palmers Metrazur illik 263.997 min dollar ödəyir. 2100 kv metrdə inşa ediləcək mağaza "Apple"nin ən böyük dükanı olacaq. Londondakı mağazasının 2500 kv metrlik olmasına baxmayaraq, onun yalnız 1500 kv metri xalqa açıqdır. İstifadəçilərin bu yeni dükana axışı zamanı tıxacların yaranıb-yaratmayacağı isə müzakirə mövzusudur.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.