Obamanın yürütdüyü iqtisadi siyasət əhalini razı salmır

Obamanın yürütdüyü iqtisadi siyasət əhalini razı salmır

27 İyul 2011 17:59
Bəyəndim (0) Bəyənmədim (0)

"Washington Post" qəzeti və "АВС News" telekanalının apardığı sorğuya əsasən, amerikalılar prezident Barak Obamanın ölkə iqtisadiyyatı ilə bağlı yürütdüyü siyasətdən narazıdır. Sorğuda iştirak edənlərin yarıdan çoxu prezidentin iş yerlərinin yaradılması ilə bağlı fəaliyyətini qənaətbəxş görmürlər. Sorğu nəticəsində 57 faiz amerikalı Obamanın iqtisadi siyasətindən narazı olduğunu etiraf edib. Federal büdcənin defisitinin qarşısının alınması istiqamətində görülən işlər isə amerikalıların 60 faizini razı salmır. Məlum olduğu kimi demokratlar və respublikaçılar büdcə barədə ortaq məxrəcə gələ bilmir. Əgər tərəflər razılığa gələ bilməsə, ABŞ defoltla üz-üzə gələcək.

Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.

Tofiq Əliyev

O.M.