Bağırsaq infeksiyası epidemiyasına son qoyulub

Bağırsaq infeksiyası epidemiyasına son qoyulub

27 İyul 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada bağırsaq infeksiyasının yayılmasına son qoyulub. Bu barədə Robert Kox İnstitutunun məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, E.coli bağırsaq çöpü adı altında yayılan bağırsaq infeksiyası sonuncu dəfə iyulun 4-də qeydə alınıb. İnstitut prezidenti Raynhard Burgerin sözlərinə görə, həmin vaxtdan bu günə kimi hər hansı yoluxma faktı aşkar edilmədiyindən bu infeksiyanın yayılmasının başa çatdığını hesab etmək olar. Lakin institut eyni zamanda qeyd edir ki, E.coli bağırsaq çöpünə nəzarət davam edəcək. Xatırladaq ki, mayın sonunda başlayan epidemiyanın 50-dən artıq qurbanı olub. Əvvəllər məlumat verildiyi kimi onlardan 48-i Almaniya vətəndaşı olub, daha iki nəfər isə ABŞ və İsveçdə dünyasını dəyişib. Ümumilikdə isə 16 ölkədən 4321 xəstəliyə yoluxma halı qeydə alınmışdı.

"Düşmən" zəif olsa da, ehtiyatı əldən vermə.

Tofiq Əliyev

O.M.