Canavar sürüsü yaşayış məntəqəsinə hücum edib

Canavar sürüsü yaşayış məntəqəsinə hücum edib

27 İyul 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda yaşayış məntəqələrindən birinə canavar sürüsü hücum edib. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Rayon Baytarlıq İdarəsinin rəisi Kamal Abidinovun sözlərinə görə, vəhşi heyvanlar gecə saatlarında rayonun Şirinsu kənd sakini Ağamirzə Məmmədovun fermasına girərək 28 baş qoyunu yaralayıblar. Səsə oyanan ev sahibi odlu silahdan istifadə etməklə canavarları həyətindən uzaqlaşdıra bilib. A. Məmmədov hadisə barədə dərhal Rayon Baytarlıq İdarəsinin rəhbərliyini xəbərdar edib. İdarənin mütəxəssisləri hadisə yerinə gələrək canavarların hücumuna məruz qalmış heyvanlara quduzluğa qarşı vaksinlər vurublar.

Qoyunu qurda tapşırmadı.

Tofiq Əliyev

O.M.