"Paritet" qəzeti rəsmən bağlandı

"Paritet" qəzeti rəsmən bağlandı

16 Dekabr 2015 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

"Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, "Paritet" qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.

Mediainfo.az