Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi

Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi

27 İyul 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəcəb Tayyib Ərdoğanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb. Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğan və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Tofiq Əliyev

O.M.