Belçikada türk məscidinə hücum edilib

Belçikada türk məscidinə hücum edilib

27 İyul 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikada Türk məscidinə hücum olub. Belçikanın Dini Fonduna daxil olan Alaadin Məscidinə soxulan naməlum şəxslər Türkiyə və Belçika bayraqlarını endiriblər və ibadət ocağının şüşələrini qırıblar. Hazırda Belçika polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Bu vandalizm Belçika Dini Fondunun da qınağına səbəb olub. Fondun sözçüsü Coşkun Beyazgül son vaxtlar Avropada baş verən hadisələrlə yanaşı, Avropanın paytaxtı hesab edilən Belçikada bu cür hadisənin baş verməsinə görə çox təəssüfləndiklərini söyləyib.

Tanrı evinə hücum edənlərin Tanrı özü cəzasını verəcək.

Tofiq Əliyev

O.M.