Ölkənin tanınmış vəkili vəfat edib

Ölkənin tanınmış vəkili vəfat edib

16 Dekabr 2015 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə mərhumun yaxını Bəhruz Əsədbəyli sosial şəbəkədə məlumat yayıb.

Tanınmış vəkilin uzun sürən ağır xəstəlikdən əziyyət çəkirmiş. 60 yaşlı E.Quliyevin beynində xərçəng şişi varmış. Əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Quliyev ölkənin ən məşhur vəkillərindən biri idi və bir şox qalmaqallı siyasi proseslərdə vəkil kimi çıxış edərək müvəkkillərinin hüquqlarını qorumuşdu. Onun müvəkkilləri isə ayrı-ayrı zamanlarda taleyi həbsxana və məhkəmələrdən keçən müxalifət liderləri və fəalları, media rəhbərləri, hüquq müdafiəçiləri olub. Elton Quliyev son 15 il ərzində iki dəfə həbsxana həyatı yaşamış, 30 dəfədən artıq məhkəmə çəkişmələrinə cəlb edilmiş qəzetimizin baş redaktoru Rauf Arifoğlunun da vəkili olub. O, media camiəsinin sevdiyi bir insan idi.

Mərhumun dəfni bu gün saat 14.00-da Yasamal qəbiristanlığında ("Azərbaycan" nəşriyyatının yaxınlığında) olacaq. Hüzr mərasimi isə Təzə pir məscidində (aşağı qapı) keçiriləcək.

Allah rəhmət eləsin.

Mediainfo.az