Eşton Karter Türkiyədə İncirlik hərbi bazasında olub

Eşton Karter Türkiyədə İncirlik hərbi bazasında olub

15 Dekabr 2015 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Müdafiə naziri Türkiyədə İncirlik hərbi bazasına baş çəkib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bazaya baş çəkməsinin səbəbləri haqda danışıb. E.Karter bildirib ki, səfərinin məqsədi amerikalı əsgərlərə mənəvi dəstək verməkdir.

O ABŞ, Türkiyə, İspaniya və Qətərin hərbi hava qüvvələrinin nümayəndələri ilə toplantı keçirib.

ABŞ-ın Müdafiə nazirinin Türkiyə rəsmiləri ilə görüş keçirəcəyi də gözlənilir.

Mediainfo.az