İsmayıllı od tutub yanır

İsmayıllı od tutub yanır

27 İyul 2011 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonundakı dağlıq ərazilərdə geniş ərazini əhatə edən yanğın başlayıb. Məlumatına görə, İsmayıllı rayonunun Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən Gəraybəyli kəndinin dağlıq ərazisində baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı, Ağsu, Göyçay və Kürdəmir yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi, eləcə də bir vertolyot cəlb edilib.

Girdman çayının sahili boyunca uzanan kiçik ağac və kolluqlardan ibarət yaşıllıq sahəsinin 3 hektarlıq ərazisi yanıb. Hazırda yanğın davam edir və dağlıq ərazi olduğu üçün alovun qarşısının alınması çətinləşib. Yanğının hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Günel Həbib