İstilərlə əlaqədar olaraq təhlükəsizlik tədbirləri görülür

İstilərlə əlaqədar olaraq təhlükəsizlik tədbirləri görülür

27 İyul 2011 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

ARDNŞ son günlər Azərbaycanda müşahidə edilən havanın yüksək hərarəti ilə əlaqədar olaraq işçi personalının və infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması üzrə bütün lazımi tədbirləri görür. Bu barədə ARDNŞ-dən bildiriblər. İşlər ARDNŞ-nin bütün neft emalı müəssisələrində, qaz emalı zavodunda və boru kəmərlərində aparılır. "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirdiklərinə görə, QSC əməkdaşları dəmiryolun daimi yoxlanışını həyata keçirirlər. Belə ki, isti havada dəmiryolun genişlənməsi baş verir. Bundan başqa, bütün sərnişin vaqonlarında kondisioner sisteminin yoxlanışı həyata keçirilir.

İstidə biz jurnalistləri də nəzərə alsalar yaxşıdır. Maaş baxımdan...

Günel Həbib

O.M.