Ayaz 5-ci sinif şagirdini maşınla vurub öldürdü

Ayaz 5-ci sinif şagirdini maşınla vurub öldürdü

14 Dekabr 2015 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunun Mırtı kənd sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, "Ford" markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az