Dilçilik İnstitutuna direktor təyin olunub

Dilçilik İnstitutuna direktor təyin olunub

11 Dekabr 2015 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

AMEA rəhbərliyinin qərarı ilə bir müddət əvvəl institutun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli M. Nağısoylunu kollektivə təqdim edib.

Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.

Mediainfo.az