Elektrovozun hissələrini sökərək oğurlayan şəxslər tutulub
Hacıqabul rayonunda oğurluq edən şəxslər tutulub. DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakinləri Rövşən Vəliyev, Habil Abbasov, Müşfiq Mansurov və Müzəffər Cəfərov saxlanılıblar. Onlar iyulun 24-də Hacıqabul Lokomotivləri Əvəzetmə Məntəqəsinin həyətindəki elektrovozdan hissələrini sökərək oğurlamaqda təqsirləndirilirlər.
Qanun oğruların azadlığını oğurladı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər