İtkin düşənlərin axtarışına FHN-in təyyarəsi də cəlb olunub

İtkin düşənlərin axtarışına FHN-in təyyarəsi də cəlb olunub

11 Dekabr 2015 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün FHN aidiyyəti üzrə tədbirlərini davam etdirir.

FHN-dən Apa-ya verilən məlumata görə, hazırda Nazirliyin "Vixr-5" və "Vixr-8" tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və "B-200ÇS" təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işlərini davam etdirir.

Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Mediainfo.az