Çinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

Çinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

27 İyul 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir qrup gənc Çinin Azərbaycandakı səfirliyinin binası qarşısında Çinin Şərqi Türküstan vilayətinin mərkəzi şəhəri Urumçidə uyğur türklərinə qarşı aparılan diskriminasiya siyasətinə, qətllərə və həbslərə etiraz olaraq aksiya keçirməyə cəhd edib. Aksiya iştirakçıları saat 12.00 radələrində Çin səfirliyinin binası istiqamətində yürüş ediblər. Lakin polis aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib. Piket iştirakçıları polisin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb. Aksiyada "Bütün türklər oyaqdı, uyğur türklərinə dayaqdı" şüarı səsləndiriblər. Piketin qətnaməsinin səfirliyə təqdim olunmasına isə icazə verilməyib.

"Bütün türklər oyaq olmalıdır, uyğur türklərinə dayaq olmalıdır".

Tofiq Əliyev

O.M.