İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

11 Dekabr 2015 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

Mediainfo.az