BMT Somaliyə təcili yardım göndərir

BMT Somaliyə təcili yardım göndərir

27 İyul 2011 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ərzaq proqramı bu gündən etibarən Somaliyə təcili ərzaq göndərməyə başlayır. Yardım həmçinin Somali, Efiopiya və Keniya sərhədindəki 2 rayona göndəriləcək. Somalinin paytaxtı Moqadişuda yerləşən BMT-yardım anbarında minlərlə un, şəkər və düyü kisələri var. Anbar işçisi aclığa baxmayaraq, bu ərzağın niyə paylanmadığı sualına "BMT-dən hələ göstəriş gəlməyib" - deyə cavab verib. BMT-nin hesabatına görə, Somali əhalisinin üçdə biri aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir. Cibuti, Keniya, Uqanda və Efiopiyada da milyonlarla insan aclıqdan əziyyət çəkir. Quraqlığın hökm sürdüyü bu ölkələrdə humanitar yardım məntəqələri aclıqdan əziyyət çəkənlərlə dolub-daşır. Qadınlar yardım mərkəzlərinə çatdırılanadək ölən uşaqlarını yollarda qoyurlar. Dünya Bankı quraqlıqdan əziyyət çəkənlərə yardım üçün 500 milyon dollar ayıracağını bəyan edib.

Toxun acdan da xəbəri oldu.

Tofiq Əliyev

O.M.