Leyla Yunus azadlığa buraxıldı

Leyla Yunus azadlığa buraxıldı

9 Dekabr 2015 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leyla Yunus 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılıb.

Bundan əvvəl keçirilən prosesdə Arif Yunus azadlığa buraxılmışdı.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az