Siyəzəndə yük maşını aşıb

Siyəzəndə yük maşını aşıb

27 İyul 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonu ərazisində "KamAZ" aşıb. Bakıdan əks istiqamətə hərəkət edən Qusar rayon sakini Mehrəliyev Elvin Valerik oğluna məxsus 38 BC 572 dövlət nömrə nişanlı avtomobil öncə qarşısına çıxan bir baş iri buynuzlu heyvanı vurub, sonra isə aşaraq yolun kənarına düşüb. Nəticədə avtomobilin sürücüsü Elvin Mehrəliyev yüngül bədən xəsarətləri alıb. Avtomobilin vurduğu heyvan hadisə yerində tələf olub.

İri buynuzlu heyvan yük maşınının yükünü daha da artırdı.

Tofiq Əliyev

O.M.