Nizami rayonunda magistral su kəməri partlayıb - FOTOLAR
Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında magistral su kəməri partlayıb, ərazi qəzalı vəziyyətə düşüb. Kəmərin partladığı ərazinin ətrafını su basıb. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, kəmərdə əmələ gələn nasazlıq yaxınlıqdakı həyətləri su basmasına gətirib çıxarıb.
"Azərsu" ASC əməkdaşları kəmərdəki nasazlığı aradan qaldırmaq üçün əraziyə xüsusi texnika gətiriblər.
"İllərdir ki, biz həmin ərazidən magistral su kəmərinin keçdiyini deyirik. Bizi məhkəməyə verib süründürürlər. Dekabrın 7-də dediklərimizin həqiqət olduğu bir daha sübut olundu. Kəmər partladı, bütün ətrafı, bizim müəssisənin ərazisini də su basdı". Bu sözləri "Yeni Müsavat"a kəmərdəki nasazlıq zamanı həyətini su basmış "Buxar" kollektiv müəssisəsinin müdiri Oqtay Əliyev deyib.
O bildirib ki, mübahisəli ərazidə illərdir belə xoşagəlməz hallar yaşanır: "Vaxtilə kəmərin üstündə tikinti aparmışdılar. "Azərsu" ASC uzun-uzadı məhkəmələrdən sonra nəhayət, həmin tikililərin magistral kəmərin üstündə, mühafizə zolağında olduğunu və qanunsuz inşa edildiyini sübut etdi. Tikililər söküldü. Lakin kəmərlər yerin altında olsa da, üzərindəki ağırlığın nəticəsində zədələnməsi baş verib. Hər dəfə kəmərlər partlayır və biz suyun altında qalırıq".
Qeyd edək ki, bir qədər əvvəl əraziyə Bakı Apelyasiya Məhkəməsinin İnzibati İqtisad kollegiyasında hakim Rövşanə Vəliyevanın sədrliyi ilə yerli baxış keçirilmiş, ərazidən magistral kəmərlərin keçib-keçmədiyi aydınlaşdırlmasına yönəlik addımlar atılmışdı. Məhkəmədə "Azərsu" xəritələri araşdırlarkən məlum olmuşdu ki, dünən qəza baş verən ərazidən Bakının Şərq hissəsinin - Nizami, Xətai, Səbayel, Suraxanı və Sabunçu rayonlarının içməli su ilə təmin edən magistral su kəmərləri keçir. Nəhayət, məhkəmə "Azərsu" ASC və digər tərəflərin iddialarını təmin edərək ərazidə tikinti işlərini aparılmasını yasaqlayıb.
Mediainfo.az










































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















