Bu günə olan hava durumu

Bu günə olan hava durumu

27 İyul 2011 09:01
2 723
Bəyəndim (0) Bəyənmədim (0)

Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Bakıda gecə 24-26°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 55-60 faiz, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti

təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 16-21°, gündüz 33-38° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 15-19°, gündüz 27-32° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 31-36° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 22-25°, gündüz 33-38° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacaq.

Havadan asılı olmayaraq hamınıza kondisionerin işıqpulunu ödəmək üçün bol ruzi bərəkət arzulayıram...

Günel Həbib

O.M.