Türkiyədə Azərbaycanlının sürdüyü TIR-a avtomobil çırpıldı

Türkiyədə Azərbaycanlının sürdüyü TIR-a avtomobil çırpıldı

27 İyul 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Amasya vilayətinin Gümüşhacıköy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobili azərbaycanlı sürücü Sarvan Abdullayevin idarə etdiyi 10 VJ 313 dövlət nömrə nişanlı TIR-a arxadan çırpılıb. Məlumata görə, minik avtomobilinin sürücüsü və onun həyat yoldaşı qəza nəticəsində vəfat edib. Onların 15 yaşlı oğlu və 17 yaşlı qızı isə qəzadan yaralı olaraq xilas olub. Qeyd edək ki, yaralılar Gümüşhacıköy dövlət xəstəxanasına çatdırılıb, azərbaycanlı sürücü Sarvan Abdullayev isə polis tərəfindən saxlanılıb.

Sürücülər və piyadalar unutmamalıdırlar ki, onları evdə gözləyən var.

Tofiq Əliyev

O.M.