Somalidəki insanlar aclıqdan ölürlər

Somalidəki insanlar aclıqdan ölürlər

27 İyul 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Somali dibə enir...

Afrikanın şərqində son 60 ilin ən böyük quraqlığı yaşanır (bu haqda sizlərə məlumat vermişdik). Bölgədəki 11 milyon insanın həyatı aclıq və quraqlığa görə təhlükədədir. Ən böyük insanlıq dramı isə Somalidə yaşanmaqdadır. Burada 3 milyon 800 min adam - yəni əhalinin yarısı aclıqdan əziyyət çəkir. Xüsusi qurulmuş çadırlarda yaşayanlar hər gün əllərində dəmirdən taslarla yola baxaraq, yardım üçün gələnlərin yolunu gözləyirlər. Onlar yağ, un, buğda - sadə qidaların arzusundadırlar. Yardım paylaşdırılarkən isə növbənin ucu-bucağı görünmür. Əksəriyyəti qadın və hələ də dünyaya gəlməmiş uşaqlardan ibarət olan bu qrupun tək günahı eyni coğrafi bölgədə doğulmaqladır. Düzdür, BMT başda olmaqla bir çox beynəlxalq yardım təşkilatları Somali üçün ayağa qalxıblar, lakin Qərbdən səs-soraq yoxdur. Çünki onlar təhlükəsizlik baxımdan qorxduqları üçün yardımlarını səngidiblər. UNİCEF rəhbərlərindən biri olan Şanelle Hol, "İnsanların həyatını xilas etmək istəyiriksə, elə bu an hərəkətə keçməliyik. Dərman və qida ilə təmin etdikdən sonra bölgədəki uşaq və qadınları evakuasiya etməliyik", dedi. İtaliya baş naziri Kameron da 146 milyon dollarlıq yardım edəcəklərini açıqladıqdan sonra bütün Avropanı bu yolda izi ilə addımlamağa çağırdı.

Mən də demək olar ki, Somalidə yaşayıram...

Günel Həbib

O.M.