Bütün məscidlərdə “Günəşli”də itkin düşən neftçilərə dualar oxunacaq

Bütün məscidlərdə “Günəşli”də itkin düşən neftçilərə dualar oxunacaq

7 Dekabr 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə "Günəşli" neft platformasında baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq,dualar ediləcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.

Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: "Allah Vətənimizi hifz etsin!"

Mediainfo.az