Özbəkistan vətəndaşı Obamanı öldürməklə təhdid etməsinə görə ittiham olunur
ABŞ məhkəməsi Barak Obamanı öldürməklə hədələməsinə görə Özbəkistan vətəndaşı Uluqbek Kodirova qarşı ittiham irəli sürüb. Kodirov həmçinin silah əldə etməkdə və ABŞ-da qeyri-qanuni yaşamaqda ittiham olunur.
Prokurorluq bildirib ki, Kodirov iyul ayında Alabama ştatının otellərinin birində silah almağa cəhd edərkən həbs olunub.
O bir necə dəfə ABŞ prezidenti Obaya qarşı təhdidlə çıxış edib. Kodirovun tələbə vizası ləğv olunan vaxtdan - 2010 ilin aprel ayından ABŞ-da qeyri-leqal yaşayır.
Oyun bitəndən sonra şah da, piyadalar da eyni qutuya yığılır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər