“Neft Daşları”nda baş verən qəza ilə bağlı cinayət işi başlanıb
Dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 4-də "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar.
Dənizdə operativ axtarış işlərinə başlanılıb. İtkin düşənlər hələlik tapılmayıb.
Mediainfo.az
Digər xəbərlər





















.jpg)
.jpg)
.jpg)











.jpg)













































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)









