Avqustun 28-də qəbul imtahanları keçiriləcək

Avqustun 28-də qəbul imtahanları keçiriləcək

26 İyul 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

2011-2012-ci tədris ili üçün Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanın keçiriləcəyi tarix açıqlanıb. Bu haqda APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, imtahan avqustun 28-də keçiriləcək. E. Nağızadə qeyd edib ki, imtahanlarda iştirak etmək üçün elektron ərizə verən 21165 abituriyentdən 17849-u öz ərizələrini təsdiqlədib. Həmin ərizələrdən 16977-si Azərbaycan, 872-si isə rus dili bölmələri üzrədir. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb, ərizələrin təsdiqləndirilməsi prosesi avqustun 10-dək davam edəcək.

Kimi bəxtini, kimi isə savadını ortaya qoyacaq.

Tofiq Əliyev

O.M.