Yadplanetlilər istəsələr, dünyanı ələ keçirərlər

Yadplanetlilər istəsələr, dünyanı ələ keçirərlər

11 Aprel 2011 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
Amerika alimləri etiraf etdilər

Varlığı illərdir müzakirə olunan yadplanetlilər bu il ABŞ-ın rəsmi hesabatında yer aldılar. 61 ildir müzakirə və mübahisə obyektinə çevrilən yadplanetlilərin varlığı artıq heç kimdə şübhə doğurmasın. Çünki onları hər an qapınızın, pəncərənizin önündə və ya evinizin damında görə bilərsiniz. Belə ki...

Federal Araşdırma Bürosu dünəndən etibarən 1950-ci ildə yerə enən yad kosmos - "Speys Şattl" haqda rəsmi hesabatını yayımladı. Nyu-Mexikoya düşdüyü iddia edilən, lakin illərdir varlığı rədd edilən uçan dairə haqda nəşr olunan hesabatda yadplanetlilərin boyu, gəminin şəkli, həcminə kimi ən incə detallar da yer alır. 22 mart 1950-ci ildə yerə enən 15 diametrlik yad cihazın içindən amerikalılar 3 cəsəd tapıblar. Hansı ki, bu cəsədlər ağ bandajlarla bağlanıb və onların hər birinin boyu 90 sm təşkil edib.

Yerdəkilər bir-birini qırmaqda olsun, yadplanetlilər bura gəlməkdə...

Günel Həbib